Cəmiyyət Manşet

ETSN-də ACİL TOPLANTI: Burdan çörək yeyirsiniz… SİRRİ YAYMAYIN… – İLGİNC İDDİALAR…

Son zamanlar mətbuatda Ekologiya və Təbii Sərvətlər nazirinin (ETSN) müavini Vüqar Kərimov və onun Regional Meşə Təsərrüfatlarında yerləşdirdiyi “yarıtmaz kadrlar”ı barədə yayılan çoxsaylı məlumatlar görünür Vüqar müəllimi yaman narahat edib.

Vüqar müəllim hər bir vəchlə çalışır ki, mətbuatı və onun dəstəsının sözünə baxmayanları susdurub və yaxud da hər hansı bir yolla cəzalandırsın.

Azinfo.tv xəbər saytına verilən məlumata görə, 22.09.2022-ci il tarixdə ETSN-nin müavini Vüqar Kərimov təcili olaraq Meşələrin İnkişafı Xidmətinin Hüquq şöbəsinin müdiri Ülvi Nəsirli ilə meşələrin mühafizəsi üzrə müavini Fizuli Məmmədovu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə yollayıb.

Sözügedən iki məmur Mərkəzdə iclas keçirdərək belə deyiblər: “Son zamanlar mətbuatda bizim rəhbər şəxslər, Xidmət və sizin Mərkəz barəsində xoşagəlməz xəbərlər paylaşılır və bu bizi bərk narahat edir.
Siz burdan çörək yeyib idarənin sirlərin mətbuata ötürürsünüz, bu heç də yaxşı hal deil. Mehriban olun, İdarənin nöqsan və sirlərin kənar yerdə danışmayın.”

P.S. Ülvi və Füzuliyə sual vermək lazımdır ki, İşçilərin heç bir səbəb olmadan işdən çıxma ərizəsinin alınması və meşələrdə olan qırıntılar nə vaxtdan İdarə sirri olub?
Siz əksinə gəlib deməliydiniz ki, “nöqsanlara yol verməyin, meşələri qırdırmayın, meşələrin mühafizəsinə görə Dövlətimiz sizə əmək haqqı verir və s. görürsünüz indi əvvəlki kimi deyil və hər bir cinayətin üstü tez açılır”.

Siz isə əksinə gəlib bunların nöqsan və cinayətlərin ört-basdır etdirmək istəyirsiniz. Onsuzda meşələrdə olan cinayətlərin əksəriyyətinin üstü açılıb və hazırda açılmağdadır.
Nə vaxtsa Vüqar Kərimov və onun dəstəsi elədiyi cinayətlər barədə qanun qarşısında cavab verməli olacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq //Azinfo.tv//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir