Gəncə şəhərində Nizami küçəsinin sakinləri yaşadıqları binanın qarşısında geyim mağazası tikildildiyinə görə narazılıq edirlər.
Zirveyolu.info xəbər verir ki, Belediyye.net-ə yazan sakinlər sözügedən “Oksi” geyim mağazasının iki binanın arasında tikildiyini, tikintinin onların evinə düşən günəş şüasının qarşısını kəsdiyini deyirlər.
Onlar binanın qarşısında tikilən obyektin sağlamlıqları üçün birbaşa təhlükə olduğunu düşünürlər.
Görünüşə görə geyim mağazası elə yerdə tikilib ki, bu hal binanın təhlükəsizlik qaydalarını da pozur.
Belə ki, tikili binada yanğın, yaxud hansısa fövqaladə hadisə olduğu halda sakinlərin təcili yardıma çatımlılığını məhdudlaşır. Yardıma gələcək xidmət avtomobillərinin yolunu kəsir.
Binanın sakinləri Gəncə şəhərinin icra başçısı Niyazi Bayramova məktubla müraciət etsələr də, ölçü götürülmür.
Sakinlər məsələnin həll olunacağı ümidi ilə ölkə başçısına da müraciət ünvanlayıblar.