Cəmiyyət Manşet

Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır – Tanınmış yazar Elm və Təhsil nazirinə OD PÜSKÜRDÜ

Şair Aqşin Yenisey dərsliklərdəki kobud səhvlərdən yazıb.

Zirveyolu.info  AzToday.az-a istinadla xəbər verir ki, şair 3-cü sinif üçün Azərbaycan dili dərs vəsaitindəki balaca bir mətndəki səhvləri sadalayıb.

Şairin yazdığını olduğu kimi təqdim edirik:

3-cü sinif üçün Azərbaycan dili dərs vəsaitidir. Balaca bir mətndəki səhvlər:

1. Ümumi isimlər bütün hallarda böyük hərflə yazılıb.

2. “Hamısına yemək çatsın deyə, qoyunu kəsmək vaxtı çatır”. “Deyə”dən sonra vergül olmamalıdır. “Qoyunu kəsmək vaxtı çatır” yox, “qoyunu kəsməli olurlar”. Çünki vaxtı çatan hərəkət planlaşdırılmış hərəkətdir.

3. “Dəfnetmə mərasimində bütün qonaqları ləyaqətlə yola salmaq üçün İnəyin də sonu çatır”. “Dəfnetmə mərasimi” yox, “Dəfn mərasimi”. “Ləyaqətlə” yox, “layiqincə” olmalı. Yasda inək kəsə bilməmək ləyaqətsiz olmaq demək deyil. “İnəyin də sonu çatır” yox, “kəsilmək növbəsi inəyə çatır” olmalı.

4. “Siçan ona heç bir aidiyyatı olmayan hadisələri sadəcə kənardan durub, divardakı xırda dəlik vasitəsilə müşahidə edirdi”. “Sadəcə” ara sözüdür, cümlədə hər iki tərəfdən vergüllə ayrılır. “Kənardan durub” ifadəsi artıq və məntiqsizdir. “Dəlik vasitəsilə” deyil, “dəlikdən” olmalı. “Müşahidə edirdi” yox, “izləyirdi”, “baxırdı” olmalı. Siçan Qaliley deyil ki, nəyisə muşahidə etsin.

Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır.

Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır
Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir