“Labservis LTD” dövlətin milyonlarını UDMAQDA DAVAM EDİR… – Daha bir tender MÜƏMMASI…
Azərbaycanda daha bir iri tenderin qalibi məlum olub.
Zirveyolu.info FED.az-a istinadla xəbər verir ki, “İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi” Ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan reaktivlərin və laboratoriya sərfiyyat mallarının satın alınması (II elan) Ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan reaktivlərin və laboratoriya sərfiyyat mallarının satın alınması (II elan) üzrə tenderin nəticəsini açıqlayıb.
Tenderdə “Labservis LTD” MMC qalib gəlib. Bu şirkətlə 2 milyon 983,6 min manatlıq müqavilə bağlanılıb.
Qeyd edək ki, Labservis LTD səhiyyə sahəsində böyük tenderlər qazanması ilə diqqəti çəkir.
Labservis LTD MMC bundan əvvəl – avqustun 12-də “İnnovasiya Və Təchizat Mərkəzi” PHŞ-in «Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması» üzrə tenderini qazanıb – məbləğ 2 milyon 103 min manat. İyun aynıda isə Labservis LTD MMC “İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi”nin «Roche Cobas 6800 tam avtomat Real Time PZR analizatorunda istifadə olunan test dəstlərinin (amplifikasiya, ekstraksiya və istifadə ediləcək ləvazimatlar daxil) satın alınması» tenderini udub – məbləğ 10 milyon 737 min manat.