Cəmiyyət Manşet

Neft-qaz elmi-tədqiqat layihə İnstitutunda QOHUMBAZLIQ… – İLGİNC İDDİALAR…

 

“SOCAR-ın Neft-qaz elmi-tədqiqat layihə İnstitutunun əməkdaşlarına test və attestasiyadan keçməklə bağlı xəbərdarlıq olub. Nəticədən asılı olaraq ixtisarlar mümkündür. Amma institut ailə podratına çevrilib, qohum və tanışların da attestasiyaya cəlb olunub-olunmayacağı bəlli deyil”.

Bunu Meydan TV-yə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

İstitutun direktoru Fəxrəddin İsmayılov, baş mühəndisi Fazil Həsənovdur. İnstitutun adının açıqlanmasını istəməyən əməkdaşları Meydan TV-yə deyib ki, bu qurumda az qala hər kəs bir-biri ilə qohumdur.

“Baş mühəndis Fazil Həsənovun oğlu, qızı və gəlini orada çalışır. Geofizika və Geologiya Departamentinin rəisi Şəkərovun isə həyat yoldaşı və oğlu, eləcə də institutun direktoru Fəxrəddin İsmayılovun katibəsinin oğlu və qızı da institutda işləyir”, – mənbə deyib.

Mirvari Qəhrəmanlının sözlərinə görə də, bu müəssisədə rəhbərliyin ailə üzvüləri, yaxınları çalışırlar:

“Amma “Qazın yoxlanması və analizi” laboratoriyasının regionlardakı laboratoriyaları ləğv olunanda işçiləri xadimə götürdülər. Həmin işçilər arasında ali təhsillilər də vardı, dedilər ştat yoxdur”.

Təşkilat sədri qeyd edib ki, bu yaxınlarda əməkhaqqı ilə gündəmə gələn “Azərbaycan Neft Təsərrüfatı” jurnalının 8147 manat maaş alan baş redaktorunun qaynı qızı da bu institutda məsul katibdir. Baş redaktorun müavininin həyat yoldaşı böyük elmi redaktordur. İqtisadiyyat və uçot İdarəsinin rəisi Vüqar Şərifovun əmisi qızı həm şöbə rəisi, həm baş mühasib vəzifəsində çalışır.

Mirvari Qəhrəmanlı əlavə edib ki, SOCAR-da baş verənləri – işçilərin daşınması, nəqliyyat, qidalanma problemləri, qəza və ixtisarlar, attestasiya, eləcə də şikayətlərlə bağlı yazdıqlarına görə ona təzyiqlər başlanılıb. Haqqında heç bir fakta əsaslanmayan məlumatlar yayılır, “Facebook” sosial şəbəkəsində səhifə açılaraq şantaj edilir, eləcə də şifahi xəbərdarlıq alıb.

Meydan TV

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir