Rusların Odessanı tutmaq şansı yoxdur.
Bunu Odessa Regional Hərbi Administrasiyasının rəhbərinin sözçüsü Sergey Bratçuk deyib.
“Biz strategiyamızı başa düşürük. Başa düşürük ki, biz dövlətin dəniz qapısıyıq. Müdafiə sistemi hər gün təkmilləşir. Fevralın 24-dən elə nizamlanıb ki, nə qurudan, nə də dənizdən bir düşmən də bura soxulmasın”, – Bratçuk qeyd edib.