Cəmiyyət Manşet

Nazirliyin pulu yoxdur, imkanlı şəxslərə AĞIZ AÇDILAR… – BU NƏDİ BELƏ?

Tovuz rayonunun Qaraxanlı kənd “Mədəniyyət Evi” nin binası qəzalı vəziyyətdədir.

Zirveyolu.info ın məlumatına görə, “Mədəniyyət Evi” nin müdiri Dilbər Müslimova deyir ki, “Tədbirlər keçirdiyimiz geniş zal da bərbad vəziyyətdədir. Bu qədər geniş zalımız olmasına baxmayaraq tədbir keçirə bilmirik. Dəfələrlə aidiyyatı qurumlara məlumat verilib. Məlumatlı qurumlar gəlib yerində çəkiliş aparıblar. Buna baxmayaraq ölçü götürülməyib”.

Məsələyə aydınlıq gətirmək üçün üz tutduq Tovuz rayon Mədəniyyət Mərkəzinə. Rəsmi qurumdan vəziyyətdən xəbərdar olduqlarını bildirdilər. Dedilər ki, “Mədəniyyət Evi” nin təmiri üçün imkanlı şəxslərə müraciət olunub.

Mövzu ilə bağlı sujet:

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir