Cəmiyyət Manşet

Təhməzovun kadrlarının Tovuzdakı İŞ METODU – NARAZILIQ VAR!

“Qida Təhlükəsizlik Agentliyinin Tovuz Regional Bölməsinin idxal və ixraca nəzarət sektorunun baş məsləhətçi kimi çalışırdım. Amma cəmi 3 ay işləyə bildim. Hüseyn Abdullazadə regional bölməyə rəis təyin olunandan sonra mənə dedi ki, işçilərlə bağlı ona tez-tez məlumatlar verim. Razılaşmadığıma görə də əmək müqaviləmə xitam verildi”.

Zirveyolu.info  xəbər verir ki, bunu Meydan TV-yə idarənin əməkdaşı olmuş Kamran Famil oğlu İlyasov bildirib. Onun sözlərinə görə, o, işə qəbul ediləndən sonra Hüseyn Abdullazadə rəis təyin olunub. Təyin olunan kimi də əksər işçilər kimi ona da problemlər yaranıb:

Təhməzovun kadrlarının Tovuzdakı İŞ METODU
Əmr. Foto: Meydan TV

“Mənə deyirdi ki, işçilərdən xəbər aparım, rüşvət aldığına dair sözlər deyim. Halbuki mənim əlimdə hər hansı bir işçinin rüşvət alması ilə bağlı məlumat olmayıb. Müqaviləmə xitam veriləndən sonra da təklif etdi ki, işçilərlə bağlı onun tələb etdiyi kimi danışsam, məni işə qaytaracaq. Mənimlə bərabər işə girənlərin hamısının əmək müqaviləsi uzadıldı. Bunu təsdiq edən sübutlarım da var”.

Şikayətçi deyib ki, bununla bağlı agentliyin rəhbərliyinə, eləcə də Ombudsman Aparatına müraciət edib:

“Avqustun 4-də əmək müqaviləmə xitam verilib. Konkret iki nəfərin əleyhinə danışmağımı istəyirdi. Hansı ki, həmin işçilər də işdən uzaqlaşdırılıb.

Təhməzovun kadrlarının Tovuzdakı İŞ METODU

Başıma gələnlərdən sonra mənə olan haqsızlığa görə şikayətimə baxılmasını istəyirəm. Təqdim etdiyim səs yazılarına belə qulaq asmırlar. Xahiş edirəm ki, məsələ hərtərəfli və ciddi araşdırılsın”.

Hüseyin Abdullazadə isə şikayətlə bağlı danışmaq istəməyib. Bildirib ki, heç kimi işdən azad etmir. Bu məsələyə Qida Təhlükəsizliyi Agentliyi baxır.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mənsuz Piriyev rəsmi sorğu göndərilməsini tələb etsə də, göndərilən suallar cavablandırılmayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir