Bu jurnalistlər Media Reyestrinə daxil edilməyəcək
Ali təhsili olmayan jurnalistlər Media Reyestrinə daxil edilməyəcək. Bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb. Qaydaya əsasən, ali təhsili olmadıqda Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən imtina ediləcək.
Reyestrə düşən jurnalistlərə 3 gün ərzində vəsiqə veriləcək
Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi…
Jurnalistlərə şəhadətnamə müddətsiz veriləcək
Azərbaycanda media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə müddətsiz veriləcək. Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb. Sənəddə qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə…