Cəmiyyət Manşet

Azərbaycan bu şuraya üzv seçildi

26 sentyabr – 14 oktyabr tarixlərində Buxarest şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı keçirilir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən məlumata görə, konfrans çərçivəsində 3 oktyabr 2022-ci il tarixində BTİ Şurasının 2023-2026-cı illər üzrə üzvlüyünə, həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.

“Kifayət qədər rəqabətli şəraitdə keçirilmiş seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikası olduqca yüksək göstəricilərlə – 154 səslə BTİ Şurasının üzvlüyünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Həsənova isə 114 səslə BTİ-nin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə seçilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi hər iki namizədliyə dəstək verən bütün dövlətlərə öz minnətdarlığını bildirir”, – qeyd olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir