Cəmiyyət Manşet

Fermerlər dələduzların ƏLİNDƏ QALIB… – Dövlət müdaxilə etməlidir…

Artıq bir neçə gündür ki, Quba bağlarında alma yığımına başlanılıb.

Bu il məhsuldarlıq bol olsa da, meyvənin satış qiyməti fermerləri qane etmir.

Təsərrüfat sahibləri Cebhe.info-nun bölgə müxbirinə bildiriblər ki, hazırda birinci növ almanın qiyməti 40-50 qəpiyədir. Bu isə ötənilki qiymətlə müqayisədə 10-20 qəpik aşağı deməkdir. Fermerlərə ən çox təsir edən isə bağdan ucuz qiymətə alınan məhsulun marketlərdə 3 dəfə baha qiymətə satılmasıdır.

Fermerlər bildirirlər ki, hazırda təklif olunan qiymətlə nəinki xeyir götürmək, heç bağa çəkilən xəcrləri belə ödəmək mümkün deyil.

Onu da bildirək ki, Quba almasının əsas satış bazarı Rusiya Federasiyasıdır. Artıq qonşu ölkəyə məhsul göndərmək məqsədi ilə soyuducu anbarlarda meyvə tədarükünə başlanılıb. Alıcılar bu il qiymətlərin aşağı olmasını məhsulun bol olması ilə izah edirlər. Bununla belə onlar qarşıdakı günlərdə meyvənin qiymətinin yüksəlməsini istisna etmirlər.

Qeyd edək ki, ötən il Qubada mövcud olan 14 min hektar alma bağından ümumilikdə 125 min ton məhsul tədarük olunub. Cari ildə isə məhsuldarlığın 140 min tontan artıq olacağı proqnozlaşdırılır.

Cebhe.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir