Cəmiyyət Manşet

“Kontakt Home” vətəndaşı evində `GİROV`a çevirib – MÜRACİƏT

Bəllidir ki, ölkədə ən çox şikayət olan mağazalar şəbəkəsi “Kontakt Home” hesab edilir. Bunu Azad İstehlakçılar Birliyi də açıqlayıb. Amma görünən odur ki, müştərilərin şikayətləri səngimir və bu da deputat Elnur Allahverdiyevin sahibi olduğu həmin firmanın öz fəaliyyətində, xidmətində keyfiyyət dəyişikliyi etməməsindən irəli gəlir. Əgər şikayətlər qulaqardı edilməsəydi, məhəl qoyulsaydı, o zaman “Kontakt Home” müştəri məmnunluğunu nəzərə alaraq, öz fəaliyyətində müsbətə doğru keyfiyyət dəyişikliyi edərdi.

TİA.Az-ın xəbərinə görə, elə bu səbəbdən daha bir istehlakçı narazılığını dilə gətirib. Arif adlı müştəri qeyd edib ki, 23 sentyabr tarixində çarpayı matras alıb, iki gün sonra evə gətirilib. “Dediler 2 günə quralaşdırılması üçün usta gələcək. 2 gün sonra gəlmədi, dedilər 3 iş günü ərzində gələcək. Yenə gəlmədi və *6060 şikayət etdik. Nəhayət, 4-cü gün usta gəldi, çarpayını paketdən özü açdı və orta taxta qırıq çıxdı, yazdı, dedi dəyişəcəklər, o zaman quraşdırmağa gələcəm. Müştəri məmnuniyyəti olsun deyə sağ olsunlar 1 günə dəyişib quraşdıracağıq dedilər, səs mesaj yazıları da var.
Amma iki gündür ustanı göndərmirlər. İki gün quraşdırma edəcəyik dedilər deyə, usta rahat işləsin deyib köhnə çarpayıni söküb verdik başqasına. İndi matrası taxtaları evə gətirib yığıblar deyə yer yoxdu, evdə balaca uşaq da var. 10 gündü ser sekir qoyublar bizi. Dediyim odur ki, belə indiyə kimi saysız məhsul aldığım yer müştərisinə belə edir. Başa düşdüm ki, bu yerdən mebel matras döşək alınmalı yer deyil. Sumqayıt boyda yerə bir mebel ustaları var. Ustaya indi də yığıram telefonu götürmür. Bunların ucbatından evdən çıxıb işlərimi gedib görə bilmirəm ki, mən çıxan kimi gələcək”.

TİA.Az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir