Zirveyolu.info ın məlumatına görə, yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, bu günə (03.10.2022-ci il) olan məlumata görə “McDonald’s Azərbaycan” QSC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 256 min 754 manat vergi borcu var.
Onu da bildirək ki, bir müddət əvvəl İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti də “McDonald’s Azərbaycan” QSC barəsində məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiasının icarə müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırıldığı bildirilib.
Qeyd edək ki, “McDonald’s Azərbaycan” QSC 01.03.1999-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu, Nizami, ev 340-da yerləşən QSC-nin nizamnamə kapitalı 2 milyon 845 min manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Oskar Boqopolskiy Vadimoviçdir.