KTN-də kadrları Anar Hüseynov müəyyən edir… – 30-dan artıq Fətullah Gülən tərəfdarı…
– Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynovla bağlı DİA.AZ-ın təqdim etdiyi araşdırma materialları kifayət qədər ictimai diqqətə səbəb olsa da, nədənsə əlaqədar diarələr bu faktlarla bağlı hüquqi təftişi yubadır. Hər halda görünəni və ortalıqda olan mənzərə bundan ibarətdir.
Qeyd edək ki. keçən günlərdə Anar Hüseynovun “faizə oturdulduğu” faktını ictimaailəşdirmişdik: İnam Kərimov Anar Hüseynovdan FAİZ ALIR… – İTTİHAM VAR!
Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalarada qeyd olunur ki, adı Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ ilə birgə hallanan Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynov əslində həm də KTN-dəki kadr islahatlarına kifayət qədər təsir imkanları olan şəxsdir.
Məlumatlı mənbə iddia edir ki, Anar Hüseynovun əli ilə KTN-dəki tenderlərdən pay qoparmağa müvəffəq olmaq FETÖ üçün nə qədər asandırsa, eyni zamanda KTN-də vəzifə tutmaq da bir o qədər rahatdır. Mənbənin dia.az-a söylədikləri:
“Bu gün KTN-nin ayır-ayrı strukturlarında məhz Anar Hsüeynovun xətti ilə FETÖ ilə birbaşa və yaxud da dolayısı ilə əlaqədə olan 30-dan artıq kadr mühüm vəzifə tutmaqdadır. Burada maraqlı olanı həm də odur ki, Anar Hüseynov öz əqidəıdaşlarını vəzifəyə gətirərkən də “şirinılik” alıb. Yəni “slujba, slujba… drujba, drujba…” misalı…”
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…