Cəmiyyət Manşet

Bu da Əmrullayevin TENDER OYUNBAZLIĞI – Dövlətin milyonları…

Elm və Təhsil Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Element YT” Qapalı Səhmdar Cəmiyyəti olub.

Zirveyolu.info  yeniavaz.com-a istinadla xəbər verir ki, nazirliyin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması xidmətinə görə “Element YT” QSC-yə 15 milyon 144 min 749 manat 40 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 2 min manat nizamnamə kapitalı olan “Element YT” QSC-nin qanuni təmsilçisi Paşayev Mətləb Allahverdi oğludur. Şirkət 16 yanvar 2016-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, ötən günə (7 oktyabr) olan məlumata görə, “Element YT” QSC-nin dövlət büdcəsinə 226 manat 13 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.
[center][medium]https://gundem.media/uploads/posts/2022-10/1665217340_1665216857_01.jpg[/medium][/center]

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir