Cəmiyyət Manşet

“Ölən fəhlələrin yaxınlarına ev tikdilər, iş verdilər, cinayət işini bağladılar” – Naxçıvan sakini

Babək rayon Nehrəm qəsəbə 3 saylı orta məktəbində baş qəzaya görə açılan cinayət işi bağlanıb.

Zirveyolu.info “Gündəlik Naxçıvan”a istinadən xəbər verir ki, buna səbəb qəza nəticəsində həlak olan 4 nəfər fəhlənin yaxınlarının şikayətlərini geri götürməsi olub.

Bildirilib ki, onlar kompensasiya aldıqdan sonra şikayətlərini geri götürüblər. Bu haqda qəzada həlak olanlardan birinin yaxını məlumat verib:

“Şikayətçilərin hamısına kompensasiya verildi. Demək olar ki, hər birinə ayrılıqda ev tikildi. Onların hər birinin yaxınlarından bir nəfəri də işlə təmin olundu. Bundan sonra onlardan şikayət ərizələrini geri götürmək tələb olundu. Onlar da ərizələrini geri götürdülər. Bu səbəbdən də cəzalanan olmadı. İstintaq dövründə aidiyyəti qurumların kimisə cəzalandırmaq fikirinin olmaması göz önündə idi. Başa düşürdük ki, biz şikayətimizi götürməsək də, heç kim cəzalanmayacaq. Ona görə qərara gəldik ki, kompensasiyanı qəbul edib, şikayəti geri götürək”.

Xatırladaq ki, bu il martın 31-də Babək rayon Nehrəm kəndində təmiri gedən 3 saylı orta məktəbdə uçqun olub. Hadisə baş verən zaman məktəbdə təmir işləri ilə məşğul olan çoxlu sayda fəhlə olub. Uçqun altında qalanlardan 4 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Binada təmir işlərini Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsi aparıb. Hadisədən sonra bu idarənin cavabdeh şəxslərinə qarşı cinayət işi açılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir