Cəmiyyət Manşet

“Prezidentə müraciət edəcəm” – Şəhid anasından etiraz

Elmira Məmmədova şəhid Sərdar Məmmədovun anasıdır. Onun təqaüd kartından hər ay 80 manat məbləğ çıxılır.

Bu barədə Elmira Məmmədova Sonxeber.az-a bildirib. O bildirib ki, vaxtilə onun təqaüd kartına artıq məbləğ yükləyiblər. Lakin bundan onun xəbəri olmayıb. İndi vaxtilə artıq məbləğ yükəndiyinə görə hər ay təqaüdündən 80 manat çıxılır.

“Mən kiminsə savadsızlığının qurbanı olmaq istəmirəm. Aidiyyatı orqanlar tədbir görməsə, Prezident Aparatına müraciət edəcəm” ,- deyə şəhid anası qeyd edib.
Sonxeber.az Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Mətbuat katibi Rəşad Mehdili məsələnin araşdırıldığını bildirib. Lakin hələ bir nəticə yoxdur.

Sonxeber.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir