Bu günlərdə GundemXeber.Az-ın redaksiyasına Yardımlı Rayon İcra Hakimiyyətinin məmurlarından olduqca səhih məlumatlar daxil olub. Beləliklə, mövzunu uzatmadan yerli sakinlərin təqdim etdikləri yazını olduğu kimi çoxsaylı oxucularımıza təqdim edirik: “Yardımlı rayonunda baş alıb gedən özbaşınalığa niyə bakıda oturan dövlər qurumları bigane yanaşır? Nəy görə bir tədbir görmürlər? Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Xanış oğlu Mirzəyev, Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Cəmaləddin qızı Məmmədova, Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi, şöbə müdiri Şücaət Zabi oğlu İbişov “Zirvə” və YAP qəzetləri adı altında pul yığırlar. Belə ki, 2022-ci lin 26 fevralında Xocalı Faciəsinin anım günündə Əfsanə Məmmədova və Mahir Mirzəyev tecili ərazi nümayəndəliyinə və idarə təşkilatlara zəng vuraraq, Prezident Aparatından tapşırıblar ki, təcili YAP qəzətinə pul verməlisiz hər adama 9 azn pul yığdılar qəpiyinə qədər. Sonra məlum oldu ki, Xocalı Faciəsinin anım gününə alınan qərənfilər nisiyə alınıb, pulunu ödəməyiblər. YAP-ın adından pul yığdılar mənimsədilər. Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət Zabi oğlu İbişov yenidən 2022-ci ilin sentyabr ayında “Zirvə” qəzeti adı altında rüşvət yığıldı. Burada belə bir sul ortaya çıxır ki, niyə əmək haqqından məcburi qəzet pulları yığılır? İkincisi də hər ay qəzərtə pul tutmaq olar? Qəzetin ilik abune haqqı olur, aybaay qəzetə pul tutmaq olar? Yardımlı rayonunda silahlı qüvvələrə 2%, 1 % Müdafiə Nazirliyinin, 1% Yardımlı rayon İcra Hakimiyyətində outran məmurların cibinə gedirş Buradan Prezidentin Administrasiyasına, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə səslənirik: Sizdən xahiş edirik Yardımlı rayon İcra hakimiyyətinin bu qanunsuz əməlləri barədə bir tədbir görəsiniz! Dəfələrlə Yardımlı rayonunda bu haqsızlıqlarla bağlı yazılar yazılsa da, müraciətlər olunsada da hec bir tədbir görülmür.Yardımlı rayon İcra Hakimiyyəti Dövlətimizin qanunları ilə yox Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, Başçının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Xanış oğlu Mirzəyev, başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Cəmaləddin qızı Məmmədova, Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət Zabi oğlu İbişov.Yardımlı rayon İcra Hakimiyyəti 2022 ci il üçün tender elan edib, tenderin qalibi Yardımlı rayon Icra Hakimiyyəti Başçısının Ayaz Əsgərovun oğlunun müəssisəsi “MİRAY MH” MMC udub. Ata hec kime etibar etmədiyindən Yardimlı rayon büdcısini oğlunun müəssəsinə yönəldib. Ata oğlu Yardımlının büdcəsini talayırlar. Maliyyə Nazirliyi də sorusmur ki, bu vəsaiti hara xərcləyiblər? Yardımlı rayonun 1 küçəsi var, 15 km asvalt örtüyü 2005 ci ildən çəkilib və dağlıb gedir. Amma 2005-ci dən bu günə qədər ayrılan pullar hara gedir? Yardımlı rayonundan başqa hərkəsin cibi doldurulur. Rayonun məmurları “hamını bəzər, özü lüt gəzər” tapmacasına çevrilib.Yardımlı rayonu sadəcə ağlamalı gündədir. Dağ rayonu, kasıb rayon olasan, bu qədər büdcədən pullar ayrıla. Amma baxırsan ki, rayon dağılıb gedir. Buradan YAP-ın aparat rəhbərindən soruşmaq isdeyirik ki, YAP qəzeti varmı? Yardımlı rayonunda YAP qəzeti adı altında pul yığılıb. Tenderin Pulu geçikdiyindən “Zirvə” qəzeti adı altında hərn adamdan 10 manatdan məcburi rüşvət yığılır hər ay. 6 aydan bir “Resbublika” qəzetinə, “Xalq” qəzetinə və “SƏS” qəzetinə məcburi pul yığılır. Hər idarə təşkilatdan da 120 manat abune olmaya-olmaya deyilər ki, Prezident Aparatından deyiblər yığılmalıdır. Xahş edirik Yardımlı rayonunun bu günkü gününə bir əlac tapasız. Bu məmurlar Yardımlı rayonunu talan edir.İnanırıq ki, bir tədbir görüləcəkdir.”
GundemXeber.Az