Cəmiyyət Manşet

Zəngilan məhkəməsi ƏSGƏR AİLƏSİNİ TƏHDİD EDİR – Əvvəlcə borcu şişirdirlər, sonra da…

“Məni bir sualın cavabı çox narahat edir… Biz kirayə qalırıq, mən özüm tək anayam… Hal-hazırda işləmirəm, səhhətimdə ciddi problemlərim var, oğlum da əsgərdir…” DİA.AZ bildirir ki, bu açıqlama ilə çıxış edən Əzizə adlı istifadəçi hüquqşünaslardan kğömək istəyir.

DİA.AZ-ın məlumatına görə, “Hüquqşünaslar Qrupu”na müraciət edən əsgər anası daha sonra davam edir: “Hərbi xidmətdə olan oğlumun “Kontakt Hom”a 35 manat borcu var idi. Mənim müalicə xərclərim o qədər çox olurdu ki, çatdıra bilmirdik.


Uşaq da bunu ödəmədən getdi əsgərliyə… İndi “Kontakt Home”un iddiasına əsaslanan Zəngilan rayon məhkəmə işçisi mənə zəng edir, məni qorxudur ki, uşağı axtarışa verəcəyik… Şəxsiyyət vəsiqəsinin arxasına elə şeylər yazacağıq ki, o əsgər gələndən sonra onu heç kim işə qəbul etməsin…

Qeyd edim ki, məbləği qaldırıb ediblər 69 manat…

Bu nə dərəcədə doğrudur, xahiş edirəm hüquqşünaslardan mənə bu haqda məlumat versin…”

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir