Cəmiyyət Manşet

Qənidərə sakinləri DƏRƏNİN DİBİNDƏ – GİLEY

Qubanın Qənidərə kənd sakinləri antisanitar vəziyyətə görə kəndin təmiz havasından məhrum olublar.

Kəndin göz oxşayan mənzərəsini hər addımda yığılan zibil qalaqları korlayır. Kənd xəstəlik mənbəyinə çevrilib.

Qənidərə kəndi rayon mərkəzindən 40 km aralıda yerləşir. Zibil tökülən ərazinin sahəsi get-gedə genişlənir. 100-dən çox sakinin yaşadığı kənddə uzun zamandır eyni mənzərədir.

Qənidərə sakinləri DƏRƏNİN DİBİNDƏ

Sakinlər yaranmış anormal vəziyyətə görə dəfələrlə bələdiyyə sədrinə müraciət etsələr də, dəyişən heçnə yoxdur.

Məlumata görə, kəndin bələdiyyə sədri qonşu kənddə yaşayır. Buna baxmayaraq kəndin problemləri ilə maraqlanmır.

Kənd sakinləri deyir: Bu kənd biyabırçı gündədir. Bələdiyyə baxmırsa, bu işə kim baxacaq? Müraciət edirik, deyirlər fəhlə yoxdur. Haradadır bunun fəhlələri?

Bələdiyyə sədri Arif Ömərov məsələ ilə bağlı belediyye.netin sorğusunu cavabladı. Sədr tezliklə zibilliyin təmizlənəcəyinə söz verdi. //belediyye.net//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir