Cəmiyyət Manşet

Məhərrəm Əliyev Naxçıvanı silkələyib… – İLGİNC GƏLİŞMƏ

Dünən məlum oldu ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik ötən cümə günü Naxçıvana səfər edib.

Xəbərlərdə deyilirdi ki, Məhərrəm Əliyev Muxtar Respublikadakı sərhəd qoşunları və əhaliddə ordunun rəhbərliyi ilə görüşüb və Ali Baş Komandanın tapşırıqlarını onlara çatdırıb.

Gələn məlumatlarda o da qeyd olunurdu ki, general-polkovniki hərbi hissələrə gedərkən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov müşayiət etməyib.

Məhərrəm Əliyevin Muxtar Respublikaya səfəri zamanı pişvazına Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin çıxmadığı xəbər verilir. Onun Kərəm Mustafayevlə görüşüb-görüşmədiyi də bilinmir.

DİA.AZ bildirir ki, bu arada başqa bir məlumat da yayılıb. Söhbət Məhərrəm Əliyevin Naxçıvan səfərinin ardından baş verənlərdən gedir.

DİA.AZ-ın sosial şəbəkələrə istinadən verdiyi məılumata görə, Məhərrəm Əliyevin Naxçıvana səfərindən sonra Əlahiddə ordunun MAXE-ləri çox sevinirlər.

Məlumatda deyilir: “Çünki onlar inanırlar ki, bundan sonra Kərəm Mustafayevin tikintilərində, plantasiyalarında Misir kölələri kimi işlədilməyəcəklər, maaşlarını tam və vaxtında alacaqlar. Ən əsası isə, məğlub rus ordusunun “soldatları” kimi yox, Müzəffər Azərbaycan ordusunun əsgərləri kimi, milli hərbi yürüş qaydasına uyğun olaraq addımlayacaqlar”.

İddialarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir