Cəmiyyət Manşet

Qızıldaşın bitməyən karxana zilləti – REPORTAJ

Qaradağın Qızıldaş qəsəbəsinin problemləri bir deyil, iki deyil.

Tozlu, təmirsiz yollar, uşaqlar üçün bağçanın olmaması, kasıblıq, işsizlik.

Adını yaxınlıqdakı daş karxanalarından alan Qızıldaş sakinləri əzəldən bu karxanada işləyiblər.

Elə Zərifə xanımın da həyat yoldaşı vaxtilə bu işlə məşğul olub.

O özü qəsəbədəki tikinti trestində çalışıb və beləcə beş övlad böyüdüblər.

85 yaşlı Zərifə xanım deyir ki, indi qəsəbədəki cavanlar dolana bilmirlər.

Daş Karxanasında işləyən qəsəbə sakini Malik Mənsiyev də qəsəbədə iş yerlərinin olmadığını deyir.

Son vaxtlar karxanalardan bəzilərində iş dayandığından və qəsəbədə başqa iş yeri olmadığından sakinlər başqa sahələrə yönəlmək məcburiyyətində qalıblar.

Qəsəbənin yaxınlığında yerləşən daş karxanalarında isə təkcə Qızıldaşlılar çalışmır. Buranın işçiləri həm də Azərbaycanın fərqli regionlarından çörək pulu üçün paytaxta üz tutanlardır.

Baş çəkdiyimiz karxanalarda fəhlələrin iş vaxtı təhlükəsizliyinin təmin olunmadığını müşahidə etsək də , sahibkarlar şərh verməyərək çəkilişə mane oldular.

Biz də üz tutduq işçilərin hər gün nahar etdiyi Mamed kişinin kafesinə.

Həmsöhbətimiz 16 yaşından bu karxanalarda çalışan Şahin İmanov olur.

7 nəfərlik ailəsini təkbaşına dolandıran Lerik sakini 16 yaşından – 20 ildir daş karxanalarına ayaq döyür.

62 yaşlı Ramiz Mirzəliyev hələ gənclik illərindən karxanada 2 qəpiyə daş atdığını xatırlayır. Deyir ki, o vaxtkı gənclər qazandığı pulları kinoya, çaya xərcləyirdilərsə, indikilər karxanaya çörəkpulu dərdindən gəlir:

Fəhlələrin işə gəlmək üçün hər gün keçməli olduğu bu palçıqlı, kələ-kötür yollarla Qızıldaş qəsəbəsinə qayıdırıq.

O qəsəbəyə ki, sakinləri tezliklə sosial problemlərinin həll ediləcəyinə ümid edir. sinxron

Zərifə xalanın dediyi kimi, bir vaxtlar daşı qızıla döndərən qızıldaşlılar indi qəsəbəyə hopmuş kasıb görüntünün, boz rəngin çəkiləcəyini arzulayırlar

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir