Dünya

Taxıl sazişinin bərpası mümkün deyil?

“Təhlükəsizlik dəhlizindən terror hücumları məqsədilə istifadə edildiyi üçün taxıl sazişinin bərpası mümkün deyil”.

Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün “Telegram-kanal”ında yazıb.

Parlamentin aşağı palatasının spikeri xatırladıb ki, Rusiya Ukraynaya taxıl ixrac etmək imkanı verib və taxılın Afrika və Asiya dövlətlərinə çatması nəzərdə tutulurdu.

“Ancaq taxılın yalnız 3-4 faizi bəyan edilmiş ölkələrə çatdı, ərzaqlıq buğdanın çoxu Avropa İttifaqı ölkələrinə gedib”, – deyə Volodin qeyd edib.

“Bu dəfə Zelenski öz hərəkətləri ilə Türkiyə və BMT-nin iştirakı ilə əldə edilmiş bütün razılaşmaların üstündən xətt çəkdi və Kiyev rejiminin terrorçu mahiyyətini nümayiş etdirdi”, – Dövlət Dumasının spikeri yazıb.

O, təhlükəsizlik dəhlizində Qara dəniz donanmasının gəmilərinə hücumlar səbəbindən taxıl müqaviləsinin eyni şərtlərlə davam edə bilməyəcəyini qeyd edib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva kasıb ölkələrə kömək məqsədilə taxıl sazişinə razılaşıb.

Oktyabrın 31-də Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib ki, ABŞ hakimiyyəti Rusiyanın taxıl sazişində iştirakını dayandırması üçün heç bir əsas görmür.

Rusiya oktyabrın 29-da Sevastopolda dronların Qara dəniz donanmasının gəmilərinə hücumundan sonra taxıl sazişinin dayandırıldığını elan edib. Rusiya Müdafiə Nazirliyi zərbələrin Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyini bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir