Cəmiyyət

“YOL” ictimai birliyi oktyabr ayında məktəblilərlə görüşlər keçirmişdir

“YOL” ictimai birliyi oktyabr ayında məktəblilərlə görüşlər keçirmişdir.

Zirveyolu.info xəbər verir ki, Oktyabr ayı ərzində “YOL” Yol Hərəkəti İştirakçılarının Maarifləndirilməsi və Təhlükəsizliyi İctimai Birliyi tərəfindən ardıcıl olaraq məktəblilərlə görüşlər və maarifləndirmə tədbirləri həyata keçirilmişdir. İctimai Birliyin sədri Rüfət Axundov tərəfindən verilən məlumata əsasən təşkilatın əsas məqsədi uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsinin təbliği və onların yeni biliklər öyrənməsinin təminatıdır. R.Axundov bildirib ki, oktyabr ayı ərzində Şirvan şəhəri, Xudat şəhəri və Bakı şəhəri daxil olmaqla üç məktəbdə şagirdlərlə görüş keçirilmişdir. İlk olaraq Şirvan şəhər 21 saylı tam orta məktəb, sonra isə Xudat şəhəri 1 saylı məktəb və Bakı şəhəri Xətai rayonu 25 saylı tam orta məktəbdə “YOL” Yol Hərəkəti İştirakçılarının Maarifləndirilməsi və Təhlükəsizliyi İctimai Birliyi tərəfindən məktəblilərlə yol təhlükəsizliyi və yol hərəkəti qaydaları mövzusunda maarifləndirici söhbətlər aparılmış, kiçik müsabiqə keçirilmiş və yol nişanları haqqında olan sualları ən çox düzgün cavablandıran məktəbliyə təşkilat tərəfindən hədiyyə verilmişdir.

Heç şübhəsiz yollarda təhlükəsiz hərəkətin təbliğinə dair bu cür tədbirlərin keçirilməsi olduqca zəruridir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir