Cəmiyyət Manşet

`İlk İnşaat`ın işçisi HAQQINI ARAYIR – Mərkəzi Bankın sədrinə müraciət olundu

Şamaxı rayonu, Muğanlı kəndində psport qeydiyyatında olanvə hazırda Abşeron rayonun 28 May qəsəbəsidə yaşayan, İş zamanı ağır xəsarət alan Məmmədov Arif Məhəməd oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
“Cənab Pezident, yazıb Sizə bildrmək istəyiəm ki, mən SOCAR nəzdində olan H.Əliyev adına Neft Emalı zavodunun törəmə təşkiatı olan “İlk İnşaat”da əmək müqaviləsi əsasında qaynaqçı işləyirəm. Bu ilin avqustun 20-də iş gördüyüm zaman sol əlimin üstünə 70 kq ağırlığı olan dəmir detal qəfil düşərək ağır xəsarət yetirmişdir. Nəticədə vətər damarı zədələnmiş, 3 və 4-cü barmağımın sınığı diaqnozu ilə bu günə qədər müalicə alıram.
Düzdür, işlədiyim şirkətin hesabına ilin cərrahiyə əməliyyat “Medikal Plaza”da həyata keçirildi. Lakin təəssüflər olsun ki, əlim və barmaqlarım bükülmür. Hazırda öz hesabıma müalicəmi davam etdirirəm. Xəstəlik bülleteni açıldığna görə 2 aydır ki, əməkhaqqı ödənişi almıram.
İki balaca övladım və yaşlı xəstə vaideynlərim mənim himayəmdə yaşayırlar. İşlədiyim “İlk İnşaat” şirkəti bütün işçilərini “Həyat sığrota” şirkətilə sığortalatdırıb. Buna baxmayarq bu günə qədər alığım ağır istehsalat xəsarətinə görə heç bir sığorta ödənişi etmir və etmək də istəmirlər. Baxmayaraq ki, işlədiyim şirkət bu barədə onlara yazılı məlumat vermişdir. Və hazıda da Suraxanı rayon Prokurorluğunda araşdırma gedir. Ekspert həkim də təsdiq etmişdir ki, ağır xəsarət almışam ximəti iş zamanı Və mənə bildirdilər ki, sənin müalicən, dava-dərman üçün “Həyat” sığorta şirkətinin borcudur ki, bunları qarşılasın və ya birdəfəllik kompensasiya versin. Ona görə də dövlətimizin başçısına və Mərkəzi Bankın idarə heyətinin sədri cənab Taleh Kazımova müraciət edirəm ki, iş vaxtı aldığım ağır bədən xəsarətinə görə “Həyat” sığortanın vəzifə borcunu yerinə yetirərək mənə qaunvericiliyə əsasən düşən birdəfəlik kompensasiyanın vaxtnda ödənilməsinə köməklik göstərsinlər”.
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir