Dünya

Türkiyə ilə sərhədlər tezliklə açıla bilər – Ermənistandan açıqlama

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyə-Ermənistan sərhədinin tezliklə açıla biləcəyinə diqqət çəkib.

İki ölkə liderlərinin 13 ildən sonra ilk dəfə görüşməsindən sonra Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı konkret inkişaflar var.

Ermənistan parlamentində çıxış edən Mirzoyan, “Türkiyə ilə Ermənistan arasında ekspertlər və iki ölkənin xüsusi nümayəndələri səviyyəsində aktiv məsləhətləşmələr aparılır. Diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin açılması müzakirə olunur” deyib.

Sərhədin açılması istiqamətində irəliləyiş əldə olunduğunu bildirən Mirzoyan tezliklə müsbət nəticələrin əldə olunacağını gözlədiyini və ümid etdiyini deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın əvvəlində Avropa Siyasi Birliyinin toplantısına getdiyi Praqada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

İki ölkə arasında liderlər səviyyəsində sonuncu görüş 2009-cu ildə keçirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir