Cəmiyyət Manşet

Kürdəmirin yayı bir yana… QIŞI DA ZÜLÜMDÜR… – İcra başçısı HARA BAXIR?

Qışda palçıqlı, yayda toz-torpaqlı, dərin çalalarla dolu və keçilməsi təngə gətirən yol.

Zirveyolu.info  bildirir ki, bu sözləri “Report”un Yuxarı Şirvan bürosuna Kürdəmirin Təklə kəndinin yollarının bərbad vəziyyətdə olmasından şikayətlənən sakinləri deyiblər.

Sakinlər bildiriblər ki, onlar kənddə məskunlaşandan bu günə qədər bir dəfə də olsa, yola asfalt örtüyü salınmayıb. Təklə kəndi rayon mərkəzindən 16 km aralıda yerləşir. Yolun 10 km-lik hissəsi Kürdəmir-Ağsu yolunun, 6 km-lik hissəsi isə Təklə kəndinin payına düşür. Kənd camaatına çətinlik yaradan da məhz yolun 6 km-lik hissəsidir.

Təklədə yaşayan 1 000 nəfərə yaxın sakin, 100-ə yaxın sürücü gediş-gəliş zamanı çətinlik çəkir. Qışda palçıq, yayda toz-torpaq sakinlərin gediş-gəlişinə mane olur, hərəkət çətinləşir, avtomobillər bərbad vəziyyətə düşür, sıradan çıxır.

Sakinlər Təklə kənd yolunda istər keçmiş SSRİ dövründə, istərsə də 1991-ci ildən sonra bir dəfə də olsa təmir-bərpa işlərinin görülmədiyini, yolun diqqətdən kənar qaldığını deyirlər.

Sakinlər bildirirlər ki, mövcud vəziyyətlə bağlı əlaqədar təşkilatlara müraciət ediblər. Onların sözlərinə görə, yolun vəziyyəti ilə bağlı 2020-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmiləri Kürdəmirdə görüş zamanı onlara rayonun Cəyli, Qarasaqqal və Təklə kəndlərinin yolunun çəkilişi eyni vaxtda olacağı deyilib. Amma təəssüf ki, Cəyli və Qarasaqqal kəndlərində yol tikintisi getdiyi bir vaxtda Təklə kəndinin yolu yenə diqqətdən kənarda qalıb.

Mövzu ilə bağlı Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Şəfaət İsmayılov “Report”a bildirib ki, rayonda kənd yollarının yenidən qurulması işləri növbəli şəkildə həyata keçrilir. Adıçəkilən Təklə kəndinə asfalt örtüyünün salınmasının isə 2023-cü ildə həyata keçirilməsi nəzərdə tutulur.

Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR...
Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR...
Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR...
Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR...

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir