Cəmiyyət Manşet

““Həyat” sığorta şirkətinin borcudur ki…” – MÜRACİƏT

Şamaxı rayonu, Muğanlı kəndində pasport qeydiyyatında olan və hazırda Abşeron rayonun 28 May qəsəbəsində yaşayan, iş zamanı ağır xəsarət alan Məmmədov Arif Məhəməd oğlu tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezdenti Mehriban xanım Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Ailə,Uşaq və Qadn problemləri üzrə Dövlət Komitəsnə, TƏBİB rəhbərinə, SOCAR prezienti Rövşən Nəcəfliyə, “Həyat sığorta” Sığorta Şirkətinin rəhbərliyinə, Mərkəi Bankın sədri Taleh Kazımova, Ombudsman Aparatının sədrinə və media orqanlarına “Həyat sığorta” Sığorta Şirkətinin süründürməçiliyi və qanunazidd əməlləri ilə bağlı şikayət məktubu ünvanlanıb.
DİA.AZ narazı vətəndaş Arif Məmmədovun sözügedən müraciət məktubunu olduğu kimi diqqətinizə çatdırır. O, yazır ki:
Cənab Pezidnt yazıb Sizə bildrmək istəyiəm ki, mən SOCAR nəzdində olan H.Əliyev adına Neft Emalı zavodunun törəmə təşkilatı olan “İlk İnşaat” da əmək müqavilə əsasında qaynaqçı işləyrəm. Bu il avqustun 20-də iş gördüyüm zaman sol əlimin üstünə 70 kq ağırlığı olan dəmir detal qəfil düşərək ağır xəsarət yetirmişdir. Nəticədə vətər damarı zədələnmiş, 3 və 4-cü barmağımın sınığı diqnozu ilə bu günə qədər müalicə alıram. Düzdür, işlədiyim şirkətin hesabına ilkin cərahi əməliyyat “Medikal Plaza”da həyata keçirildi. Lakin təəssüflər olsun ki, əlim və barmaqlarım bükülmür. Hazıda öz hesabıma müalicəmi davam etdirirəm. Xəstəlik bülleteni açıldığna görə 2 aydır ki, əməkhaqqı ödənişi almıram. İki balaca övladım və yaşlı xəstə vaideynlərim mənim himayəmdə yaşayırlar. İşlədiyim “İlk İnşaat” şirkəti bütün işçilərini “Həyat sığrota” şirkətilə sığortalatdırmışdır. Buna baxmayarq bu günə qədər alığım ağır istehalat xəsarətinə görə heç bir sığorta ödənişi etmir və etmək də istəmir. Baxmayaraq ki, işlədiyim şirkət bu barədə onlara yazılı məlumat vermişdir. Və hazıda da Suraxanı rayon Prokurorluğunda araşdırma gedir.Ekspert həkim də təsdiq etmişdir ki, ağır xəsarət almışam ximəti iş zamanı və mənə bildirdilər ki, sənin müalicən, dava-dərman üçün “Həyat” sığorta şirkətinin borcudur ki, bunları qarşılasn və ya birdəfəllik kompnsasiya versin. On görə də dövlətimizin başçısına və Mərkəzi Bankın idarə heyətinin sədri cənab Taleh Kazımova müraciət edirəm ki, iş vaxtı aldığım ağır bədən xəsarətinə görə “Həyat” sığortanın vəzifə borcunu yerinə yetirərək mənə qanunvericiliyə əsasən düşən birdəfəlik kompensasiyanın vaxtnda ödənilməsinə kməklik göstərsinlər. DİA.AZ

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir