Cəmiyyət Manşet

ADAU-da NƏLƏR BAŞ VERİR? – Hər şey İnam Kərimovdan başladı…

 

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun nazir vəzifəsinə təyin olunması cəmiyyətdə çox güclü maraqla qarşılanmışdı.
Ona görə ki, Azərbaycan cəmiyyətində nazirlərin yaşı adətən, 40-60 yaş arası olurdu. İlk dəfə idi ki, bu yaşda gənc nazir təyin olunmuşdu”. Bu barədə DİA.AZ-a göndərilən məlqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: “İnam Kərimovun çəkmə geyinərək əkin sahələrinə getməsi, qucağına quzu alaraq şəkil çəkdirməsi az müddət ərzində cəmiyyətdə maraqla qarşılandı.
Müəyyən müddətdən sonra məlum oldu ki, bu adam, ümumiyyətlə, aqrar sahəni anlamır. Digər tərəfdən də İnam Kərimov illərlə aqrar sferada formalaşan kadr korpusunu tamamilə məhv etdi. Özü ilə ASAN Xidmətdə çalışan tarix, ədəbiyyat müəllimlərini, özünün dost-aşnalarını Kənd Təsərrüfatı Nazirliyində və xüsusilə də bütün rayonların Aqrar İnkişaf Mərkəzlərinə direktor vəzifələrinə işə götürdü.
İnam Kərimov özünün tarix müəllimi olan dostunu baytarlıq idarəsinə rəis təyin edib. Bir soruşan yoxdur ki, Cənab Nazir, tarix müəllimi hara, baytarlıq idarəsi hara..?
Eynən bunu kimi, özünün saxta maliyyə məsələlərini və bir çox yeyinti layihələrinin üzərini ört-basdır etmək məqsədilə tez-tələsik öz yaxın qohumu olan Zəfər Qurbanova da Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini həvalə etdi. Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə mütəxəssisdir. Zəfər Qurbanov aqrar sektora, onun istehsalat həyatına tanış sima deyil, aqrar sahədən heç bir məlmatı olmayan yad bir adamdır. Bunlar əyani sübutdurki, İnam Kərimov ixtisas sahibləri olan mütəxəssisləri yox, güclü yerlibazlıq edərək yaxın qohum və əqrabasını müvafiq strukturlara yerləşdirir. Bu da Cənab Prezidentin iqtisadi inkişaf konstenktində apardığı kadr siyasətinə Böyük zərbədir və onun Sərəncamına hörmətsizlikdir.
ADAU-ya rektor əvəzi təyin olunduğu gündən nəzərə çarpacaq bir fəaliyyəti olmamışdır. Buna baxmayaraq əvvəlki rektor İbrahim Cəfərovun idarəçiliyi və fəaliyyəti əvəzsiz olmuşdur. Hər gün iclas keçirir və bu saatlarla davam edən iclasların hamısında yalnız özü danışır. Zəfər Qurbanov ancaq tələbələrlə görüşür, professor-müəllim heyəti ilə normal bir görüşü olmayıb.
Zəfər Qurbanov rektor əvəzi təyin olunan kimi sabiq rektor İbrahim Cəfərovu universitetə buraxmamaq haqqında göstəriş verdi. Amma İbrahim Cəfərov həm də müəllimdir axı, rektor işlədiyi müddətdə də öz dərslərini özü tədris edirdi. Respublikada yeganə rektorlardan biridir ki, pandemiya müddətində də öz dərslərini onlayn olaraq keçdi və bu dərslər youtube platformasında var. Digər tərəfdən ADAU-nun inkişafında İbrahim Cəfərovun xidmətləri danılmazdır. Dəfələrlə “Azərbaycan Universitetləri” səhifəsinin tələbələr arasında keçirdiyi rəy sorğusunda “ilin rektoru” adına layiq görülüb. Cənab Prezidentin fərmanı ilə orden və medallara layiq görülüb. Akademiyanın müxbir üzvüdür, bu şəxsi universitetə buraxmamaq nə deməkdir???”

DAVAMI VAR…

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir