“Danışıqlara başlamazdan əvvəl Sizi böyük Qələbə – 8 Noyabr günü münasibətilə təbrik etmək istəyirəm. Sizin yaxın dostlarınız kimi biz də bu Zəfəri bayram etmişik”.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bildirib.
O qeyd edib ki, bu münasibətlə Sizi bir daha təbrik edirəm:
“12 Noyabr – Konstitusiya Gününüzü təbrik edirəm. Sabah sizdə Milli Olimpiya Komitəsinin 30 illiyidir, bu münasibətlə də təbrik edirəm, – Siz bu təşkilata rəhbərlik edirsiniz. Bunlar elə hadisələrdir ki, yaxşı dostlar onları heç vaxt unutmamalıdırlar. Mən Sizi səmimi qəlbdən təbrik edirəm”