“Musiqi məktəblərində müəllimlərə dərs yükündən əlavə dərs yazılırdı. Maaş veriləndə müəllimlər keçdikləri dərs müqabilində halal pulu özlərinə götürür, yerdə qalanını müdirlərə verirdilər. Müdirlər də öz növbəsində həmin vəsaiti Mədəniyyət nazirinə çatdırırdı. Adətən müəllimlərin real dərs yükü 8 saat olurdu. Onlara əlavə 12 saat dərs yazılırdı. Dolayısıyla müəllim keçdiyi dərsdən 1, müdir və nazir isə kabinetdə otura-otura 1.5 qazanırdı”. DİA.AZ bildirir ki, bu barədə Naxçıvan Mədəniyyət Nazirliyinin bir əməkdaşı yazır.
İddiaçı tərəf daha sonra qeyd edir: “Son zamanlar Naxçıvanda yoxlamalar başlayanda müfəttişlər musiqi məktəblərindən birinə gedib. Xəbər yayılar-yayılmaz bütün musiqi məktəbləri vəlvələyə düşüb. Müdirlər rəsmən müəllimlərə yalvarırlarmış ki, amanın bir günüdür, sizdən soruşsalar deyin ki, həqiqətən də bu qədər dərs deyirik. Bundan sonra maaşdan əlavəni özünüz alarsınız.
Bir sözlə, Naxçıvanda bu vaxta qədər müəllimlər nazirə və müdirə rüşvət verirdilər, indi isə müdirlər və nazir müəllimlərə rüşvət verirlər. Susmaq xətrinə. Təbii ki, dövlət vəsaitinin hesabına”.
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…