Cəmiyyət Manşet

Hacı İbrahim karxana biznesinə başlayıb? – DETALLAR

Daşkəsən rayonu ərazisində yerləşn “Bayan” üzlük daş yatağı hərrac vasitəsilə satılıb.

Zirveyolu.info  yeniavaz.com-a istinadla xəbər verir ki, sahəsi 0,5 ha olan yatağı “Avesta Konserni” MMC və “Araz Construction” MMC-nin qanuni təmsilçisi Nadirov Araz Ələsgər oğlu satın alıb. Araz Nadirov “Bayan” üzlük daş yatağı üçün 17 min 298 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, Araz Nadirovun rəhbərlik etdiyi “Avesta Konserni” MMC-nin hazırda (15.11.2022-ci il tarixinə) dövlət büdcəsinə 62 min 809 manat 10 qəpik vergi borcu var. Dövlət Vergi Xidməti vergi borcuna görə “Avesta Konserni” MMC barəsində məhkəmə iddiası da qaldırıb.

Onu da qeyd edək ki, Araz Nadirovun rəhbərlik etdiyi “Avesta Konserni” MMC-yə daha əvvəl Azərbaycanın tanınmış iş adam Hacı İbrahim kimi tanınan İbrahim Hüseyn oğlu İbrahimov başçılıq edib. “Avesta Konserni” Hacı İbrahimin şirkəti kimi tanınıb və Araz Nadirov da iş adamına yaxın şəxslərdən biri hesab olunub.

Qeyd edək ki, Hacı İbrahim bir neçə il əvvəl “Xəzər Adaları” adlı layihəsilə gündəmə gəlib. Bildirilirdi ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikintisinə 2011-ci ildən başlanısa da, sonradan yarımçıq saxlanılıb. Hacı İbrahim Beynəlxalq Banka olan borcunu ödəyə bilmədiyi üçün “Xəzər Adaları”nı bu borcun qarşılığında təhvil verdiyini açıqlayıb.

Hacı İbrahim Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun və ATV kanalının sabiq prezidenti Tağı İbrahimovun qardaşıdır. ​

Hacı İbrahimin daha bir qardaşı – “STS” və “Sahil-D Kompani” şirkətlərinin sahibi olan Sahib İbrahimov isə 2018-ci ildə həbs olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir