Cəmiyyət Manşet

“Azneft” rəhbərliyinin COVİD KORRUPSİYASI – İLGİNC FAKT

“Bildiyiniz kimi, hal-hazırda heç bir qurum COVİD yaxmasının nəticəsini tələb etmir. O cümlədən daxili və beynəlxalq uçuşlar zamanı. Ancaq hələ də “Azneft” İB dəniz obyektlərində çalışan neftçilərdən yaxma götürməkdə davam edir”. Bu barədə DİA.AZ-a göndərilən müraciətdə qeyd olunur.

Müraciətdə daha sonra deyilir: “Bildiyimiz qədər “Azneft” İB bunun üçün “müvafiq” klinikalara il ərzində 10 milyon manata yaxın vəsait ödəyiır!! Onu da qeyd edək ki, hər işçidən götürülən yaxma üçün “Azneft” İB 150 manata yaxın pul ödəyir. Hər gün Zığda və dəniz vağzalında 400-ə yaxın işçidən yaxma götürülüb yenidən evinə göndərilir,
Yaxma götürələcək işçiləri siyahi ilə çağrılıb onlara barkod verilir, sonra analiz verirlər. Həmin barkod da həkimə verilir.

Həkim isə onu yapışdırır işçinin analiz tübikinə və aparır. Barkodun üstündə isə “Caspian hotel” yazılır. Guya ki işçilər orada qalır, sonra analiz verib işə gedirlər.

Yaxmadan sonra hotelə aparmalıdırlar ki, kənarla təmas olmasın. Amma göndərirlər evə.

Yoxlanılmasına ciddi ehtiyac duyulur bu faktların! Bu açkar korrupsiyadır!”

Həmin otel və klinikaların sahibi kimdir?.. Bu barədə növbəti yazılarımızda… Bizi izləməkdə davam edin.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir