Cəmiyyət Manşet

Yeniyetmələrin itkin düşmələrinə səbəb nədir?

Diqqət yetirsək görərik ki, son zamanlar yeniyetmələrin itkin düşmələri ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Hər yeni günə mütləq bir yeniyetmənin, istər qız, istərsə də oğlan evdən çıxaraq bir daha geri qayıtmaması xəbəri ilə başlayırıq. Bu bir valideyn, bir ailə üçün çox böyük faciəvi haldır, elə həmin itkin düşən uşaqların özü üçün də eyni. Görəsən bu yeniyetmələrin itkin düşmələrinə səbəb, daha doğrusu evi tərk edib bir daha geri qayıtmamaqlarına səbəb olan nədir? Təbii ki, bu səbəbi araşdırıb tapmaq üçün ilk növbədə fikir valideynlərin üzərinə yönəlir ki, onlar harda, hansı səhvə yol veriblər ki, övladları da bu cür hərəkət etməklə onları cəzalandırır?. Əgər valideyn ailədə qayda-qanunu düzgün tərtib edərsə, övladı ilə valideyinliklə yanaşı dost olmağı da bacararsa o vaxt bu cür halların qarşısı alınar. Çünki uşağa ən yaxın kəslər onu dünyaya gətirən valideynləridir, uşağa valideynlərin göstərdiyi şəfqəti, mərhəmət və qayğını heç kəs onlara göstərə bilməz. Valideyn övladının hər dərdini dinləməli və ona istənilən mövzuda dəstək olmalı, bütün vəziyyətlərdə övladının yanında olduğunu ona hiss etdirməlidir. Təəssüflər olsun ki, indiki zamanda valideynlərin bəziləri yerinə yetirməli olduqları bu vəzifəni həyata keçirmirlər, belə olan halda da uşaq özünü tənha və çarəsiz hiss edir, böyük məsləhti ala bilmir və özünü həmin ailəyə çox yad hiss edir, hətta özünü ailənin bir üzvü kimi hiss etməyərək sonda evi tərk edir. Daha sonra isə həmin uşağın başına hansı bəlaların gələcəyini təsəvvür etmək insanı qorxudur. Sözsüz ki, ucsuz-bucaqsız çöllərdə, tanımadığı, bilmədiyi insanların arasında qalan yeniyetmə çox böyük psixoloji problemlər yaşayacaq bu da onun birbaşa gələcəyi üçün qaçınılmaz bir təhlükədir. Bir insan öz doğma ailəsinin içərisində hörmət və sevgi görməyibsə kənarda, küçədə kim ona hörmət edib, qayğı göstərər?.

Bu yeniyetmələrin günahı nədir axı, nəyə görə onların gələcəkləri məhv olmalıdır?. Bu həyatda normal bir fərd olaraq yaşamaq hər kəsin haqqıdır. Buna görə də övladlarımızı hər bir yaş dövründə anlamalı və qorumalıyıq. İcazə verməməliyik ki, onlar həyat və yaşamaq həvəsini itirsin və məhz bu acı səbəblə də evlərini tərk edib itkin düşsünlər. Çünki bu cür məsuliyyətsizliyin vicdan əzabını hər zaman valideynlər çəkir. Təbii ki, belə hallarda da ən ağır zərbə isə həmin itkin düşən yeniyetmələrə dəyir.  Belə xoşagəlməz hadisələrin baş verməsinə şərait yaradan valideynlər, bəlkə bir az vicdan əzabı çəkib, sonra vicdanınızı susdura biləcəksiniz, lakin övladlarınızın məhv olmuş həyat və gələcəklərini əsla bərpa edə bilməyəcəksiniz, ona görə də çalışın övladlarınızı hər bir şəraitdə və şərtlər daxilində qoruya biləsiniz ki, vicdan əzabı çəkmək yerinə övladlarınıza baxıb fəxarət və qürur hissi keçirəsiniz.

Müxbir: Cavadzadə Seyid Sürayə

 

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir