Kriminal

Gəncədə həyat yoldaşını öldürən şəxsə 10 il həbs cəzası VERİLDİ

Gəncədə həyat yoldaşını 6 bıçaqla qətlə yetirən şəxsə 10 ildən çox həbs cəzası verilib.

“Unikal”ın məlumatına görə, Gəncədə bu iyul ayının 8-də həyat yoldaşı Gülzar Həsənovanı altı bıçaqla qətlə yetirməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğlunun növbəti məhkəmə prosesi keçirilib.  Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədirliyi ilə keçirilən məhkəmə prosesinə yekun vurulub. Hakimin qərarı ilə S.Şabanov 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Məlumat üçün bildirək ki, qətl qısqanclıq zəminində baş verib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir