Cəmiyyət Manşet

Xəlil Göyüşovun «Körpü-Bina-Tikinti» MMC-si 8 milyonluq tenderin necə qalibi oldu? – MÜƏMMALI GƏLİŞMƏ

Adı müxtəlif qalmaqallarda hallanan «Körpü-Bina-Tikinti» MMC sədri Xəlil Göyüşov yenidən tender qalibi olub. Təqribən 8 milyon manatlıq tenderin qalibi olan Xəlil Göyüşovun adı bir neçə ay bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi “Broker” Əbülfəz Məlikovla iş birliyində, daha sonra isə Xətai rayonu, NZS qəsəbəsində yerləşən dəyəri milyonlarla ölçülən mülkləri ilə gündəmə gəlmişdi.

Hazırda tikilməkdə olan Meleorasiya və İrriqasiya Birləşmiş Müdiriyəti, Xətai rayonunun 2-saylı Zığ Zeytunluq Sovxozunun ərazisində yerləşən 87 hektara yaxın bağ sahəsinin suvarma suyu ilə təminatı lahiyənəndirib, eyni zamanda Abşeron rayonu ərazisi üzrə Qala qəsəbəsi 3 nömrəli Qala Zeytunluq Sovxozu, Türkan Üzümçlük Sovxozu, Hövsan Zeytunluq Sovxozu və Abşeron Quşçuluq Sovxozunun əraziləri olmuş 500 hektar ərazinin suvarma suyu ilə təminatı lahiyələndirilib, tikinti işlərinin satın alınması tenderlərinin nəticəsi açıqlanıb.

“Azərbaycan Reallığı” xəbər verir ki, hər iki tenderin qalibi «Körpü-Bina-Tikinti» MMC olub. Şirkət birinci tender üzrə 5 900 113 (beş milyon doqquz yüz min yüz on üç) manat, ikinci tender üzrə isə 2 100 022 (iki milyon yüz min iyirmi iki) manat dəyərində müqavilə imzalayıb. İki tender üzrə ağlanmış müqavilələrin dəyəri, cəmi 8 000 135 8 milyon yüz otuz beş) manat olub. Onu da əlavə edək ki, şirkət bundan əvvəl daha 8 iri tenderin qalibi olub.

Bütün qalibiyyətlərin təşkilatçısı və təminatçısı isə Xəlil Göyüşovdur.

Xəlil Göyüşov kimdir?

“Azərbaycan Reallığı”na məlumat verən mənbə bildirir ki, adı çəkilən şəxsin əvvələr sosial durumu çox ağır olsa da, sonradan gözlənilməz şəkildə sürətlə varlanmağa başlayıb. Bu varlanma bir müəmmadır. Onun müəmmalı biznesi təkcə ölkəni əhatə eləmir. Xarici ölkələrdə də zəngin biznesə malikdir. Göyüşov ölkədə qazandığı pul vəsaitlərini investisiyaya çevirərək dünyanın bir çox yerlərinə, ölkəmizdən kənarda olan biznesinə yatırdır. Bunlarla yanaşı xaricdə bahalı əmlaklar alır.

Göyüşov pul qazandığı ölkəyə xəyanət etmiş sayılan bir şəxsdir. Belə ki, dəyəri milyonlarla manat tenderlərin qalibi olur, lakin gördüyü işlərin böyük əksəriyyətində ciddi kefiyyət axtarıb tapmaq mümkün deyil. Gördüyü işlər keyfiyyətsiz və yararsızdır.

Hətta tenderlərdən qalib olduğu işlərə cəlb etdiyi işçilərlədə normal əmək haqqı vermir. Verdiyi əmək haqqlarınıda problemli şəkildə təmin edir. Ona görə şirkətin hər zaman işçilərlə problemi yaranır. Ölkənin sərvətin xaricə daşımağı və işçilərin alın tərini belə problemə çevirmək isə xəyanət kimi qiymətləndirilə bilər.

Mənbə qeyd edir ki, «Körpü-Bina-Tikinti» MMC-nin direktoru Xəlil Göyüşov Xətai rayonu, NZS qəsəbəsi, Pivə zavod adlanan ərazinin yaxınlığında yerləşən Zakir Yusifov küçəsin demək olar ki, alıb ələ keçirib. Göyüşovun çoxsaylı mülkləri və hündürmərtəbəli, dəmdəzgahlı villaları ilə dolub. Küçədə təxminən 30-a yaxın villa və fərdi-yaşayış evi, binası var. Mülklərin inşası və dizayınına sərf edilən vəsait milyonlarla manatla ölçülür.

“Azərbaycan Reallığı”na danışan mənbə bildirir ki, Xəlil Göyüşovun bu tip mülkləri təkcə Xətai rayonunda yox, digər zəpt etdiyi paytaxt ərazilərindədə var. Eyni zamanda Bakı ətrafı kəndlərdədə, bağ sahələrindədə mövcuddur. Onun Novxanı, Buzovna və digər bölgələrdə, Xaçmaz, Quba, Qusar kimi tirizm rayonlarda böyük mülkləri vardır. Bunlarla yanaşı onun bitib-tükənməyən sərvətlərinə ölkədən kənardada çox rast gəlmək olar.

Maraqlı sual yaranır. Xəlil müəllim bu qədər var-dövləti, sərvəti necə əldə edib? Hansı yollarla əldə edib?

Bunu araşdırmaq isə hər gün korrupsioner, rüşvətxor məmurlarla mübarizə aparıb onların həbsləri ilə bizi heyrətləndirən hüquq-muhafizə orqanlarının işidir. Ümüdvarıq ki, tezliklə bu istqamətdə, ölkəmizə iqtisadi xəyanət edənlər barəsində huquq-muhafizə orqanlarmızdan xoş xəbərlər eşidəcəyik!

“Azərbaycan Reallığı” qarşı tərəfində mövqeyin işıqlandırmağa hazırdır.

AZƏRBAYCANREALLIĞI.COM

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir