Cəmiyyət Manşet

Cəlilabad rayon icra hakimiyyəti “Azərbaycan Reallığı”na etiraz edir – Şər böhtandır!

 

“Azərbayca Reallığı” İnformasıya agentliyində 23. 11. 2022 tarixli Rafiq Cəlilov Cəlilabadda bazar açıb? – “İDDİA” başlıqlı yazıya sözü gedən rayonun icra hakimiyyətindən rəsmi cavab bildirilib. Qarşı tərəfin yazısını dərc etməyi özümüzə borc bildik.

Təəssüf hissi ilə bildirmək istəyirik ki, bu gün insanlara qarşı şər, böhtan kampaniyası, şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza xələl gətirilməsi hallarına zaman-zaman sosial mediada rast gəlinir. Buna görə də internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına etiraz edərək qeyd edirik ki, rayon icra hakimiyyəti başçısının Uzuntəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynov Loğman Savad oğlu 25 fevral 2022-ci ildə həmin vəzifəyə təyin edilmiş və hazırda həmin vəzifəni icra etməkdədir.

Belə ki, bu il təyin edilmiş icra nümayəndəsinin yerinə başqa kadrdan 15000 min manat pul alınaraq təyin edilməsi məlumatı həqiqətə uyğun olmayan informasiyadır və böhtan xarakterlidir. Eyni zamanda kadr dəyişikliyiyi göz önündədir və bu il ərzində bir çox gənc kadrın müvafiq vəzifələrə təyinatı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının rəsmi sosial şəbəkə hesablarında paylaşılmışdır. Dəqiq araşdırma aparılarsa təyin edilmiş kadrların içində bir çox Vətən müharibəsi əlilləri və iştirakçılarına da rast gəlinəcəkdir.

Son zamanlar rayon icra hakimiyyətinin başçısı tərəfindən təyin edilən istənilən kadr haqqında araşdırma aparıla bilər. Təyin olunmuş kadrlardan xalqa və dövlətçiliyə xidmət, həmçinin şəfafflıqdan başqa heç bir şey tələb olunmamışdır. İl ərzində dövlət qulluğunda yaş həddinə çatma və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsi ilə ərizəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş əməkdaşlarımız olmuşdur. Lakin eyni vaxtda 7 ərazi nümayəndəsinin işdən azad olunması xəbəri həqiqəti əks etdirmir.

Demokratik cəmiyyətin ayrılmaz mexanizmlərindən olan azad medianın inkişafını daim dəstəkləməyə hazırıq, lakin internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına media nümayəndələri yol verməməli, əksinə əsl jurnalistlik fəaliyyətini əsas götürərək belə dezinformasiyaların qarşısının alınması istiqamətində araşdırma apardıqdan sonra, həmin informasiyanı yayanlara xəbərin doğruluq payı barədə açıqlama verməlidir.

Amia.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir