Cəmiyyət Manşet

“Baku Steel Company”nin keçmiş rəhbərinə bəraət istənilib – DETALLAR

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Zirveyolu.info  APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham olunan şəxsin vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova müdafiə çıxışı ediblər.

Vəkillər Rasim Məmmədovun verilmiş ittihamlarla əlaqəsi olmadığını, dövlət ittihamçısının tələb etdiyi 15 il azadlıqdan məhrumetmə cəzası ilə razı olmadıqlarını deyiblər.

Vəkillər məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.

Məhkəmə son söz üçün Rasim Məmmədova dekabrın 9-a kimi vaxt verib.

Xatırladaq ki, “Baku Steel Company”nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir