Təbii qazın olduğu rayonda xəstəxananı odunla qızdırırlar – İcazə verin, şübhələnək…
Zərdab Mərkəzi Rayon Xəstəxanası odun almaq üçün tender keçirib.
Zirveyoly.info yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Əhmədov Əli Kamran oğlu (VÖEN – 5300413652) olub.
Əli Əhmədov Zərdab Mərkəzi Rayon Xəstəxanasına 30 min 525 manat dəyərində 550 kub metr odun yanacağı satacaq.
Məlumat üçün bildirək ki, Zərdab Mərkəzi Rayon Xəstəxanası bir neçə il əvvəl əsaslı şəkildə təmir olunub.
Bundan başqa Zərdab Mərkəzi Rayon Xəstəxanasının yerləşdiyi rayon mərkəzi təbii qazla təmin olunub.
Lakin bütün bunlara baxmayaraq xəstəxananı isitmək üçün hələ də odundan istifadə edilir.