Naxçıvanda hər şənbə və bazar günləri büdcə təşkilatı işçiləri xüsusi forma geyinərək, iməciliklərə çıxarılırlar. Onlar kağ vurur, ağac əkir, yol qırağı süpürür, bəzən isə, məmurların əkin sahələrində işlədilirlər.
Zirveyolu.info bildirir ki, bu işçilər zaman-zaman “Gündəlik Naxçıvan”a şikayət ünvanlayaraq, bu iməciliklərə məcburi, təhdid altında çıxarıldıqlarını bildirirlər. Onların arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan idarələrin işçiləri də var. Bu dəfə onlar Culfa rayonundakı Darıdağ ərazisində ağac əkməyə çıxarılıblar.
Daha ətraflı aşağıdakı videoda: