Cəmiyyət Manşet

DTX Vasif Talıbovun oğlunu araşdırır – İLGİNC GƏLİŞMƏ

Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən istefa verib.

Zirveyolu.info  bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a universitetdəki mənbələr məlumat verib. O, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğludur. Universitet müəllimlərinin dediyinə görə, Naxçıvanda yoxlamalar başlayandan bəri, Seymur Talıbov universitetdə görünmürmüş. Dekabrın 8-də isə, ərizə yazaraq, vəzifəsindən istefa verib:

“ Seymur Talıbov Naxçıvan Dövlət Universitetində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsində idi. O həm də qeyri-rəsmi olaraq, Universitetə də rəhbərlik edirdi. Öz yaxınlarını universitetlərdə müxtəlif vəzifələrə yerləşdirməklə yığılan rüşvətə bir başa nəzarət edirdi. Qəbulda, imtahanlarda, kəsiri olanlardan yığılan bütün pullar sonda ona çatırdı. Bu günlərdə NDU-da da yoxlamalar başlanıb və bütün bu qanunsuzluqlar üzə çıxıb. İndi deyirlər ki, yığdığını gətir, qoy ortalığa. İstefa verməklə guya iz itirir. Əlində nə var, alacaqlar”.

İki həftədən artıqdır ki, DTX Naxçıvandakı dövlət orqanları və özəl müəssisələrdə yoxlamalar aparır. Bu yoxlamalar haqda ictimaiyyətə geniş rəsmi məlumat verilmir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir