Cəmiyyət Manşet

Xanlar Vəliyev ÇƏTİN DURUMDA – HƏBSİ DƏ MÜMKÜNDÜR…

 

Dünən Milli Məclisdə çox mühüm bir çıxış oldu və bu da ona işarə hesab olundu ki, artıq ölkəmiz növbəti ciddi hadisələrin astanasındadır. Söhbət “Tərtər İŞİ” ilə bağlı məsələnin təkcə parlament daxilində müzakirəsindən yox, həm də az qala rəsmi dillər tərəfindən CƏZA TƏLƏBİNİN səslənməsindən gedir. Bu barədə DİA.AZ-a danışan hökumətdəki mənbələr isə ciddi qərarların veriləsəyini bildirirlər. Hələliksə, çıxışa gələk…

“405 nəfəri satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir”. DİA.AZ xəbər verir ki, bu barədə Milli Məclisin dünən keçirilən iclasında deputat Zahid Oruc bildirib. Zahid Oruc daha sonra davam edir:

“Respublika Baş prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir. Yalnız cənab prezidentin məsələyə müdaxiləsi və yeni İstintaq Komissiyası yaratmasından sonra 2 ay ərzində ləyaqətli müstəntiqlər yüzlərlə şəxsi dindirərək, kənar təzyiqlərə və təxribatlara baxmayaraq, 288 zərəçəkən şəxsin işini yenidən icraata qəbul edərək ümumilikdə 405 nəfərin hüquqlarını təmin edirlər.

Gəncədə bir həftə əvvəl həbsdən təmiz adını qaytararaq çıxan, işgəncə altında verdiyi etirafların, saxta hökmlərin ləğvini bayram edənləri emosiyasız izləmək mümkün deyildi. Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər. 5 ildən sonra alnı açıq, lakin bədənləri zorakılıq izləri, qəlbləri incidilmiş adamları dövlət və cəmiyyət bağrına basmalıdır ki, haqlarını qaytara bilsin. Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular”.

Hər halda, Zahid Orucun ÜZR İSTƏMƏ tələbinin bir hüquqi tərəfi də olacaq ki, bu barədə də DİA.AZ-a danışan mənbə qeyd edir. Mənbə bildirir ki, həm keçmiş Baş Prokuror Zakir Qaralov, həm də Hərbi Prokuror xanlar Vəliyev yaxın günlərdə məhz bu olaylara görə, istintaqa cəlb olunacaq. Mənbənin söylədikləri:

“Birbaşa olaraq Xanlar Vəliyevin həbsi də gözləniləndir. Bu barədə artıq SİYASİ QƏRAR verilib və Zahid Oruc da boşundan ünvan göstərmirdi…”

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir