Dünya Manşet

“BMT TŞ-nın tərkibinin genişləndirilməsi imkanları ciddi şəkildə nəzərdən keçirilir” – Quterreş

“Təhlükəsizlik Şurasının (TŞ) üzvlüyünün genişləndirilməsi imkanları ciddi şəkildə nəzərdən keçirilir və “masadadır””.
Bu barədə BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransında bildirib.
“Düşünürəm ki, hazırda Təhlükəsizlik Şurasının islahatı ilə bağlı daha ciddi müzakirə üçün yer var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının genişləndirilməsi ehtimalı ciddi şəkildə müzakirə olunur”, – deyə o bildirib.
Quterreş qeyd edib ki, o, ABŞ və Rusiyadan Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının genişləndirilməsinə müsbət münasibət barədə siqnallar var.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir