Cəmiyyət Manşet

Sabiq nazirlə bağlı bu hakim qərar verəcək – Azadlığa buraxılacaq?

 

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədov hələ azadlığa buraxılmayıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Əhməd Əhmədov azadlığa buraxılması üçün Ali Məhkəməyə müraciət edib.

Əhməd Əhmədovun Ali Məhkəmədə işinə baxacaq hakim də müəyyənləşib. Belə ki, işə Ələsgər Nopvruzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, noyabr ayının 27-də Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədovun səhhəti pisləşib.

O, müalicə almaq üçün Bakıda xəstəxanaların birində müalicə almaq üçün gətirilib.

Xatırladaq ki, Əhməd Əhmədova Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham irəli sürülüb. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hakimi Polad Həsənovun sədrliyi ilə keçirilən prosesdə sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanıb.

Əhməd Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.

Qaynarinfo

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir