Siyasət

Bu gün Naxçıvana Heydər Əliyev lazımdır

Naxçıvan, uğurlu yolun başlanğıncı Azərbaycanı gələcəyə aparan yol. Bir zəfər yolu. Bu yolu Ulu Öndər Heydər Əliyev başladı. Məhz üçrəngli bayrağımız ilk dəfə orada qaldırıldı, orada dalğalandırıldı. Sərhədlərimizin tanınması, ölkəmizin hüdudlarında ilk xidmət Naxçıvandan başladı. Bəli bütün bunlar Heydər Əliyev iradəsi idi. O iradə ki, müasir Azərbaycanımızın təməl daşlarını daha da möhkəmləndirdi. Müstəqilliyimizi əbədiləşdirdi. Qüdrətli Azərbaycan formalaşdırdı. O insan ki, zəfər yumruğunun qalib əsgərini yetişdirdi.

Bu gün bütün bu siyasətin layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yolunun davamı olaraq, Azərbaycan xalqına işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edəcəyinə dair verdiyi vədi tutaraq, xalqla dəmir yumruq kimi birləşərək işğalda olan torpaqları bütünlüklə azad etdi. Bununla da dünyaya onu sübut etdi ki, Azərbaycan miqyasca balaca ola bilər, amma həm siyasətdə həm də ordu quruculuğunda güclü dövlətlərin yanında öz mövqeyi olan bir dövlətdir.

Heydər Əliyev siyasəti bir irs kimi qorunub saxlanır. Bu həm də gələcək nəslin yetişməsi üçün bir dərslik vəsaitidir. Bu gün məhz Azərbaycan adlı məmləkət o siyasətin davamı olaraq güclənir və qüdrətlənir, həmçinin o siyasətin davamı olaraq regionun ən güclü dövlətinə çevrilib.

Bəli bu gün daha bir Heydər Əliyev yetişir. O Heydər Əliyev ki, duruşu baxışı babasını xatırladır. Onun gələcəyinin yetişməsində bir Ulu Öndər qanı var. Və həm də gələcəyin bir gənc lideri yetişir.

Əslində bu gənclik həm də Azərbaycanımızın gəncliyi və inkişafıdır. Mənə görə bu gəncliyin bir Naxçıvan tranpilisi var. O Naxçıvan ki, Ulu Öndərin davamçısı olaraq Naxçıvanı daha da inkişaf etdirəcək lider bir gəncə ehtiyacı var. Bu gənc isə Heydər Əliyevdir.

Tarixdən bu günə gələn bir Heydər Əliyev tarixi və yolu. Bəli gənc və güclü olan Heydər Əliyev, Naxçıvanı uğurdan-uğura zəfərdən-zəfərə aparan Heydər Əliyev.

Yaxın zamanlarda şərqi Zəngəzurdan yol keçəcək. Naxçıvana havadan getdiyimiz kimi asfalt yolla gedəcəyik. Bu İlham Əliyevin siyasətinin gücüdür. Bu gücü davam etdirəcək lider davamçı isə Heydər Əliyevdir.

Bəli bu mənim fikrimdir və fikrimin də haqlı səbəbləri var. Azərbaycanımızı qüdrətli edən Heydər Əliyevin davamçısı elə Naxçıvandan başlayaraq yola çıxmalıdır. Çünki bu gün o zəfər yolunu aparacaq olan lider şəxs gənc Heydər Əliyev İlham oğludur.

Oktay Azaflı

 

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir