Cəmiyyət Manşet

Kamal Abdulla sabah İSTEFAYA göndərilir – RƏSMİ

Azərbaycan Dillər Universitetinin “Bir günlük Xəlifə” adlı çox maraqlı layihəsi var. İllərdir davam edən bu ənənəyə görə, universitetdə rektor, prorektor və digər rəhbər vəzifələrin icrası bir günlük tələbələrə həvalə edilib.

Bu gün könülü olaraq rektor başda olmaqla, bütün rəhbər strukturları istefa verirlər.

Sabah da eyni ənənənin növbəti raunduna start veriləcək. Dekabrın 23-də universiteti tam olaraq tələbələr idarə edəcəklər. Onların qərarları qüvvəyə minəcək. Rektorun, prorektorların xidməti avtomobilləri və iş otaqları onların ixtiyarında olacaq.

Eyni zamanda onların bir günlük maaşını alacaqlar.

Rektor Kamal Abdullanın, eləcə də prorektorların, şöbə və mərkəz müdirlərinin yerinə Xəlifələr seçilib.

Bizim.Media

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir