Cəmiyyət Manşet

Xərçəng xəstəsi olan Vasif Talıbovun DURUMU AĞIRLAŞIB: Oğlu infarkt keçirdi… – İSTEFA VERƏNDƏN SONRA…

 

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətinin gecə saatlarında qəfil pisləşdiyi bildirilir.

Zirveyolu.info  bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a Naxçıvan Diaqnostika Mərkəzindəki mənbələr məlumat verib. Məlumata görə, mərkəzdən onun evinə təcili həkimlər göndərilib. Bundan bir neçə saat sonra, səhərə yaxın isə, onun oğlu Seymurun vəziyyəti kəskin ağırlaşıb. Həkimlərin müayinəsindən sonra, Seymur Talıbovun kiçik infarkt keçirdiyi müəyyən olunub.
Mənbə deyir ki, Vasif Talıbov ağız xərçəngi xəstəliyindən əziyyət çəkirmiş:
“Bu gün səhər həkimlər Vasif müəllimi evində müayinə etdilər. Təzyiqi qalxıb, vəziyyəti ağırlaşmışdı. Vəzifədən çıxmağı təsir edib. O, həm də iki ildir ki, ağız xərçəngi xəstəliyindən əziyyət çəkir. Xəstəliyə görə, ağzındakı dişləri də tökülmüşdü, buna görə protez taxır. Bir neçə saat sonra dedilər ki, Seymur Talıbovun da vəziyyəti pisləşib. O da hazırda ev şəraitində müalicə alır. Həkimlər ona infarkt dioqnozu qoyublar”.
27 il Naxçıvana rəhbərlik edən Vasif Talıbov, dünən Naxçıvan Ali Məclis sədri vəzifəsindən istefa verib. Onun bu istefaya məcbur edildiyi bildirilir. Oğlu Seymur Talıbov onun rəsmi köməkçisi idi. Məlumatlara görə, Talıbovlar ailəsi, uzun illər ərzində qaçaqmalçılıq, büdcə talanması və başqa qanunsuzluqlarla on milyardlarla manat vəsait əldə edib. Ailənin bu varidatının bir qisminin artıq əllərindən alındığı, digər qisminin alınması üçün isə işlərin getdiyi bildirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir