Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyədən birinə qarşı hər hansı risk və təhlükə yaranarsa, onunla bütün qəlbimizlə mübarizə aparmağa hazırıq.
“Zirvə yolu” xəbər verir ki, bunu Ankarada keçirilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
Hulusi Akar bildirib ki, hər iki ölkənin silahlı qüvvələri, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün böyük səylə çalışır və bu işlər uğurla davam etdirilir.
“Müdafiə sənayesi sahəsində Azərbaycan Silahlı Qüvvələrinin nəyə ehtiyacı varsa, indiyə kimi yerinə yetirmişik və bundan sonra da əzm və qərarlılıqla yerinə yetirməyə davam edəcəyik. Türkün gücünü dünyaya göstərən Azərbaycan Ordusuna bundan sonra hər hansı bir şəkildə kimsənin yan baxmasına imkan və fürsət verməyəcəyik”.
Azərbaycanla hərbi və müdafiə sənayesi sahəsində birgə əməkdaşlığın aparıldığını vurğulayan H.Akar qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi prosesi davam etdirilir.