ABŞ-ın Energetika Nazirliyi Texas ştatında elektrik enerjisi çatışmazlığı səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edib.
Bu barədə dekabrın 25-də nazirliyin mətbuat xidməti məlumat yayıb.
Müvafiq sənədi hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar nazir müavini Ketlin Hoqan imzalayıb.
Qurumun məlumatına görə, temperaturun kəskin azalması və güclü külək nəticəsində generasiya güclərinin bir hissəsi sıradan çıxıb və eyni zamanda elektrik enerjisi sərfiyyatı rekord həddə çatıb.
Mənbə: rossaprimavera.ru