“Zirvə yolu” xəbər verir ki, Kürdəmirdə ağır yol- nəqliyyat hadisəsi baş verib, ölən və yaralı var.
Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Çöhranlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Balakən rayon sakini, 31 yaşlı Qınçıyev Rəvan Ramazan oğlu içi müxtəlif meyvələrlə dolu olan “FORD TRANZİT” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan sürücü, Tovuz rayon sakini Akif Cəfərovun idarə etdiyi mişar daşı ilə dolu olan “KAMAZ” markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə “FORD”-da olan sürücü Balakən rayon sakinləri Qınçıyev Rəvan Ramazan oğlu və onun sərnişini Elvin Oktay oğlu Kərimov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayraq FORD-un sərnişini 31 yaşlı Elvin Oktay oğlu Kərimov elə xəstəxanada dünyasını dəyişib.Onun meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.